Bu gündən “Bolt”, “Uber”, “Yango” taksi şirkətlərində minimal qiymət 2,50 AZN təşkil edəcək.
Yeniavaz.com xəbər verir ki, sifarişçilər qısa məsafə gedişlərində minimal olaraq 2,50 AZN ödəməli olacaqlar.
Məlumat üçün bildirək ki, daha əvvəl “Yango”, “Uber”də minimal gediş 1 - 1,2, “Bolt”da isə 1,5 - 1,6 AZN olaraq dəyişirdi.
Qeyd edək ki, minimal gediş hazırda “Maxim”də 1, “Uklon”da 1,4, “189”da isə 2 AZN təşkil edir.