DİN Qubad İbadoğlu ilə bağlı məlumat yaydı - Yenilənib


Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov məlumat verib.
"Araşdırma aparılır. Əlavə məlumat veriləcəkdir", - məlumatda deyilir.

***18:25
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlunun saxlanıldığı bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Onun Sumqayıta partiya gəncləri ilə görüşməyə gedəndə saxlanıldığı və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel”) aparıldığı deyilir.

DİGƏR XƏBƏRLƏR

Top