Belarusda "Vaqner" PMC-nin təsisçisi Yevgeni Priqojinin "Concord Management and Consulting" şirkəti qeydiyyata alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə reform.by məlumat yayıb.
Belarus Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin və Fərdi Sahibkarların Vahid Dövlət Reyestrinin məlumatlarına əsasən, iyulun 19-da Mogilev vilayətinin Osipoviç rayonunun Tsel kəndində nizamnamə kapitalı 200 Belarus rublu (təxminən 80 ABŞ dolları) olan şirkət qeydiyyata alınıb.
Nəşrin məlumatına görə, Rusiyadakı üsyandan sonra "Vaqner" PMC muzdlularının gəldiyi düşərgənin yerləşdiyi yer qeydiyyatda olan ünvandır.
Yeni şirkətin əsas fəaliyyəti daşınmaz əmlakın idarə edilməsi kimi qeyd olunub. Sahibi Rusiyanın "Concord Management and Consulting" MMC, rəhbəri isə Yevgeni Priqojindir.