![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2020/9/30/1/c4bdbb85-0dc9-489d-8c4e-4eaac11eccb3/ceyhun-bayramov-lavrov_637371023550684039.jpg)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov telefonla Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə işlərin intensivləşdirilməsini müzakirə edib və gələcək təmaslar barədə razılığa gəliblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
“Nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında razılaşmalar əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının əsas yolları üzrə birgə işi intensivləşdirməyin yollarını müzakirə ediblər. Gələcək əlaqələr razılaşdırılıb”, - məlumatda deyilib.
“Smolenskaya ploşad”ın məlumatına, telefon danışığı Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutub.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışı zamanı yaxın vaxtlarda Moskvada xarici işlər nazirləri səviyyəsində Azərbaycan-Ermənistan məsləhətləşmələrinin keçiriləcəyini təsdiqləyib.