Almaniya Ukraynaya Leopard tankarları göndərdi


Almaniya Ukraynaya ilk dəfə Leopard 1A5 əsas döyüş tankları göndərib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi saytında Ukraynaya hərbi yardımla bağlı məlumatda bildirilib.
Məlumata görə, artıq Ukraynaya 10 Leopard 1A5 tankı çatdırılıb.
Gələcəkdə isə ölkə Danimarka ilə birgə layihə çərçivəsində daha 100 belə tankı Ukrayna Silahlı Qüvvələrinə təhvil vermək niyyətindədir.
Həmçinin ağır zirehli maşınlar - Leopard 2 tankları, Marder piyada döyüş maşınları və “Dachs” mühəndis maşınları üçün daha 20 MG3 pulemyotu göndərilib. Ümumilikdə 138 belə pulemyot gətirilib.

DİGƏR XƏBƏRLƏR

Top