Azərbaycan TikTok-un zərərli kontentlərini ən çox silən ölkələrdəndir


“TikTok rəsmiləri yenidən Azərbaycandadır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında yazıb.
“Ötən gün (20 iyul – red.) TikTok-un Şərqi Avropa və Mərkəzi Asiya üzrə kommunikasiyalar rəhbəri Kristina Yeremeyeva və məsul nümayəndə Yekatrina Romanova ilə görüşdüm.
Azərbaycanda TikTok-un auditoriyası genişləndikcə qurum rəsmilərinin də Azərbaycan bazarına marağı artır.
Qurum rəsmiləri Azərbaycanda 3 milyondan çox üzvü olan bu sosial media resursunun reputasiyasını yaxşılaşdırmaq istəyirlər.
TikTok rəsmiləri bildirdilər ki, Azərbaycan hansısa sorğu müraciət olmadan ən çox zərərli kontentin qurum tərəfindən silindiyi 50 ölkənin içərisindədir.
Son 20 illik dövrdə xatırlamıram ki, digər qlobal sosial media resursların rəhbərləri bu qədər Azərbaycana diqqət göstərsinlər”, - O. Gündüz bildirib.

DİGƏR XƏBƏRLƏR

Top