Yanvarın 21-də İsveçin paytaxtı Stokholmda Türkiyə səfirliyi qarşısında Qurani-Kərimi yandıran Rasmus Paludan haqqında Ankara Baş Prokurorluğu tərəfindən başladılan istintaq davam edir.
Yeniavaz.com “Anadolu Ajansı”na istinadən xəbər verir ki, istintaq çərçivəsində Respublika Baş Prokurorluğu Paludan haqqında Ankara 8-ci Sülh Cəza Məhkəməsindən “ifadə alınmasına görə həbs” qərarı tələb edib.
Tələbi qiymətləndirən məhkəmə Rasmus Paludan haqqında həbs qərarı çıxarıb.