"Azərbaycan Prezidentinə minnətdaram" - Zelenski


Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna lideri tvitterdə paylaşım edib.
"Mən Azərbaycan Prezidenti İlham Əliyevə Ukraynanın ehtiyacı olan enerji avadanlıqlarının alınmasına yardımın ayrılması qərarına görə minnətdaram. Dost Azərbaycanın bu dəstəyi təcavüzkarın ardıcıl hücumları qarşısında Ukrayna enerji kompleksinin davamlılığını təmin etmək üçün vacibdir. Biz Ukraynanın enerji sistemini qışa hazırlamaq üçün tərəfdaşlarımızla fəal işləməyə davam edirik", - Zelenski bildirib.

DİGƏR XƏBƏRLƏR

Top