"Qarabağ" "Linkoln"a 4:0 hesabı ilə qalib gəldi.
Yeniavaz.com xəbər verir ki, bunanla Ağdam klubu II təsnifat mərhələsinə vəsiqə qazanıb.
Qarşılaşmada hesabı 7-ci dəqiqədə fransalı yarımmüdafiəçi Abdullah Zubir açıb. İkinci qolu 45+1-ci dəqiqədə Bəhlul Mustafazadə yerinə yetirib. Fasilədən sonra 49-cu dəqiqədə albaniyalı hücumçu Redon Cica fərqlənib. Sonuncu qolu isə 62-ci dəqiqədə monteneqrolu yarımmüdafiəçi Marko Yankoviç vurub.
***19:45
Bu gün UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Ağdamın "Qarabağ" və Cəbəllütariqin "Linkoln" klubları üz-üzə gələcək.
Yeniavaz.com xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.
Xatırladaq ki, iyulun 11-də Cəbəllütariqdə keçirilən ilk oyunda "Qarabağ" 1:2 hesablı qələbə qazanıb.