Ədliyyə Nazirliyi Penitensiar xidməti ilə Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Penitensiar xidmət məlumat yayıb.
Bildirilir ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və hal-hazırda Bakı istintaq təcridxanasında saxlanılan Əşrəfağa Azad oğlu Əlizadənin Sabunçu rayonu, Zabrat-1 qəsəbəsinin ərazisində gizlətdiyi ümumi çəkisi 482 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.