Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə uzunmüddətli səmərəli fəaliyyətinə görə Sudeif Bəşir oğlu İmamverdiyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Qeyd edək ki, Sudeyif İmamverdiyev Türk Ağsaqqalları Birliyinin sədri, AMEA-nın müxbir üzvü, uroloq, tibb elmləri doktoru, professordur. O həmçinin Azərbaycan Respublikasının əməkdar dövlət və elm xadimi, Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri, Milli Məclisin keçmiş deputatıdır (1995–2005).