Nazim Bəydəmirli ilə bağlı DİN-dən açıqlama


Xəbər verdiyimiz kimi, sabiq deputat Nazim Bəydəmirli saxlanılıb. 
Yeniavaz.com
xəbər verir ki, DİN N.Bəydəmirlinin saxlanılması ilə bağlı məlumat yayıb. 
Məlumatda deyilir ki, Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib: 
"Belə ki, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.
Hazırda N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir".
Qeyd edək ki, vəkil Aqil Layıc Nazim Bəydəmirlinin Gədəbəy hadisələrinə görə saxlanılması ilə bağlı məlumat yayıb.

DİGƏR XƏBƏRLƏR

Top