"Nazim Bəydəmirlini "Banditizm"də (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi – red.) Gədəbəy hadisələrinə görə şübhəli şəxs qismində saxlayırlar".
Yeniavaz.com xəbər verir ki, bu barədə vəkil Aqil Layıc sosial şəbəkə hesabında məlumat yayıb.
Qeyd edək ki, 5 saat əvvəl Nazim Bəydəmirli özünün feysbuk hesabında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getdiyi barədə status yazıb.
Xatırladaq ki, iyunun 20-də və 21-də Gədəbəy rayonunun Söyüdlü kəndində etiraz aksiyası keçirilib. Kənd sakinləri bildirib ki, ərazidə qızıl mədəninin fəaliyyəti nəticəsində zərərli su hövzəsi ekoloji problemlər yaranıb. Polis aksiyaya müdaxilə edib, bu zaman gözyaşardıcı qazdan istifadə olunub, saxlananlar olub. Saxlananlardan beş nəfərinə inzibati həbs cəzası verilib. İyunun 22-dən kəndin girişinə polis postu qoyulub. Monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Baş nazir Əli Əsədovun sərəncamı ilə komissiya yaradılıb.