“Moderator.az” saytının baş redaktoru, jurnalist Zülfüqar Hüseynzadə dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə yaxınları sosial şəbəkə hesablarında yazıblar.
Bildirilir ki, o, bu gün səhər Kəlbəcərdə vəfat edib.
Qeyd olunur ki, əslən Kəlbəcərin Başlıbel kəndindən olan Zülfüqar Hüseynzadə doğma yurduna ziyarətə gedibmiş.