"Laçın" sərhəd-keçid məntəqəsində avtomobillərin hərəkəti dayandırıldı


"Laçın" sərhəd-keçid məntəqəsində avtomobillərin keçidi tam dayandırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə "Caliber" məlumat yayıb.
"Baş verənlərlə bağlı hərtərəfli təhqiqat aparılmayınca, eyni zamanda Ermənistan təxribata görə bütün məsuliyyəti öz üzərinə götürməyənə qədər bu, belə davam edəcək", - məlumatda deyilir.
Xatırladaq ki, 15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top