Şoyqunun oğlu səfərbərlikdən 4 gün əvvəl Türkiyəyə gedibmiş...


Rusiyada elan olunan səfərbərlikdən 4 gün əvvəl müdafiə naziri Sergey Şoyqunun 22 yaşlı oğlu Danil Şebunov Türkiyəyə gedibmiş.
Yeniavaz.com
xəbər verir ki, bu barədə həbsdə olan müxalifətçi Aleksey Navalnının komandasının araşdırmasında bildirilir.
Bildirilir ki, onun Türkiyədə dəniz kənarında istirahət edərkən çəkilmiş kadrları mövcuddur.
Qeyd olunur ki, Ukrayna ilə müharibədən bir neçə gün əvvəl, əvvəllər peşəkar futbolçu olmağı planlaşdıran Şebunov, Şeba təxəllüsü ilə musiqi karyerasına başladığını elan edib.
“Şebunov Şoyqunun və keçmiş stüardessa Yelena Şebunovanın (Kaminskas) üç qeyri-qanuni övladından biridir. O, təhsili ildə iki milyon rubl olan Rublyovkada "Prezident" elit məktəbini bitirib və 19 yaşında iş adamı olub - Moskvanın mərkəzində icarəyə verdiyi iki inzibati binası var”, - araşdırmada bildirilir.
Xatırladaq ki, ötən il sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib. Nəticədə yüzminlərlə insane səfərbərliyə və Ukraynadkı döyüş bölgələrinə cəlb olunub.

DİGƏR XƏBƏRLƏR

Top