Azərbaycanın ən böyük otellərinin sahibi kapitalını azaldır


Ölkənin ən böyük otellərinə nəzarət edən və “Pasha Holding”in törəmə şirkəti olan "Absheron Hotel Group" MMC (VÖEN – 1402589811) nizamnamə kapitalının azaldığını elan edib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Neftçilər pr., ev 153 ünvanında qeydiyyatda olan "Absheron Hotel Group" MMC nizamnamə kapitalını 15 milyon 850 min manat məbləğdən 14 milyon 250 min manat məbləğinə qədər azaldır.
Qeyd edək ki, qanuni təmsilçisi Simon Biumont olan MMC 22.08.2013-cü ildə dövlət qeydiyyatına alınıb.
Onu da bildirək ki, “Pasha Holding” MMC-nin törəmə şirkəti olan "Absheron Hotel Group" MMC otel idarəetmə şirkətidir.
Bu şirkət həm Azərbaycan, həm də ölkə xaricində orta sinifdən lüks otellərə və digər qonaqpərvərlik subyektlərinə qədər müxtəlif otelləri idarə edir.
Qrup Azərbaycanın paytaxtında müvafiq beynəlxalq otelçilik şirkətləri tərəfindən idarə olunan “Four Seasons Baku”, “JW Marriott Absheron Baku” və “The Ritz-Carlton, Baku” kimi üç lüks otelə malikdir.
Qrup daxilində fəaliyyət göstərən və onun birbaşa idarəçiliyi altında olan digər otellər aşağıda qeyd olunub:

Baku Marriott Hotel Boulevard
Sheraton Baku Intourist
Courtyard by Marriott Baku
Pik Palace, Shahdag, Autograph Collection
Park Chalet, Shahdag, Autograph Collection
Dinamo Hotel Baku
The Merchant Baku
Bilgah Beach Hotel
Allium Bodrum Resort & Spa, Bodrum / Türkiyə, L.V.X. üzvü (Preferred Hotels & Resorts)
Boutique 19 Hotel
Art Gallery Hotel

Bundan başqa, “Absheron Hotel Group”un inşaat mərhələsində olan daha iki otel layihəsi də vardır ki, bunlardan biri Bakıda (Aypara otel), digəri isə Tbilisidə (AC Hotel by Marriott Tbilisi) yerləşir və yaxın zamanlarda açılması gözlənilir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top