Sinan Oğan ikinci turda kimi dəstəkləyəcəyini açıqladı


“ATA İttifaqı”nın prezidentliyə namizədi Sinan Oğan Türkiyədə prezident seçkilərinin ikinci turunda hansı tərəfi dəstəkləyəcəyi barədə qərarını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, canlı yayımda açıqlama verən S. Oğan "Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğanı dəstəklədiklərini bildirib.
Xatırladaq ki, Türkiyədə prezident seçkilərinin ikinci turu 28 mayda keçiriləcək. Həmin tarixdə “Millət İttifaqı”nın prezidentliyə namizədi Kamal Kılıçdaroğu və hazırkı Prezident, “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan yarışacaq.
 

DİGƏR XƏBƏRLƏR

Top