GünAz TV-nin rəhbərinin ABŞ-da döyüldüyü bildirilir - Foto


Güney Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əhməd Obalı və oğlu Dənizin ABŞ-da vəhşicəsinə döyüldüyü bildirilir.
Yeniavaz.com
Musavat.com-a istinadən xəbər verir ki, hadisə Azərbaycandan dönüşdən 1 gün sonra baş verib.
Məlumat üçün bildirək ki, Əhməd Obalı və ailəsi uzun illər Amerikada mühacir həyatı yaşayıb. Hazırda o, ABŞ vətəndaşıdır. Əhməd Obalı GünAz TV-nin rəhbəri və qurucusudur.
Hadisənin təfsilatı ilə bağlı dəqiq məlumat olmadığı bildirilir.
Əhməd Obalıya yaxın mənbələrdən verilən məlumata görə, hazırda onun vəziyyəti ağırdır, oğlu isə reanimasiyaya yerləşdirilib. Obalının barmaqları qırılıb, boynunu qırmağa cəhd ediblər, bu səbəbdən də qolları və barmaqları işləmir. Obalılara sui-qəsd edən 6 nəfər olub. ABŞ polisi onları yaxalayıb.

DİGƏR XƏBƏRLƏR

Top