Naxçıvanda bu dəfə 10 şirkət birləşdi – Talıbovlarla bağlılığı var


Naxçıvanda dövlət qeydiyyatına alınan 9 şirkət "Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun "N.P.-2" MMC-yə (VÖEN - 0200341361) birləşəcək.
Yeniavaz.com
 xəbər verir ki, aşağıdakı şirkətlər “Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun "N.P.-2” MMC-yə qoşulması nəticəsində MMC yenidən təşkil olunacaq.
“Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun "N.P.-1" firması (VÖEN - 0200067021)
"Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun "N.P.-3" MMC  (VÖEN - 0900057971)
"Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun "N.P.-4" MMC (VÖEN - 0600551681)
"Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun "N.P.-6" MMC (VÖEN - 0701003621)
"Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun "N.P.-5" MMC (VÖEN - 0201371561)
"Nəxşicahan Holdinq Şirkətlər Qrupunun "Sədərək petrol" MMC (VÖEN - 0500061641)
"Nəxşicahan Holdinq Şirkətlər Qrupunun "Şahbuz petrol" MMC (VÖEN - 0800129161)
"Nəxşicahan Holdinq Şirkətlər Qrupunun “Şərur yanacaq doldurma məntəqəsi” MMC (VÖEN - 0700035651)
“Mest-10” MMC (VÖEN - 0701261651)
Məlumat üçün bildirək ki, "Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun "N.P.-2" MMC 01.02.2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanı Naxçıvan şəhəri Heydər Əliyev pr., 2, ev 26-da yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənov Mehman İman oğludur.
Qeyd edək ki, son zamanlar Naxçıvada “Gəmiqaya” və “Nəxşicahan” adları ilə mövcud olan onlarla şirkət arasında birləşmə və parçalanmalar qeydə alınıb. Bu şirkətlərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olması ilə bağlı mətbuatda çoxsaylı yazılar yayımlanıb.
Aşağıdakı yazıda son aylarda qeydə alınan birləşmə və parçalanmalar haqqında ətraflı məlumat ala bilərsiniz:
“Gəmiqaya İnşaat”ın da tərkibindən 10 şirkət ayrıldı – Təfərrüat

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top