“Gəmiqaya İnşaat”ın da tərkibindən 10 şirkət ayrıldı – Təfərrüat


5 ay əvvəl Naxçıvanda dövlət qeydiyyatına alınan “Gəmiqaya İnşaat” MMC-dən (VÖEN - 0201378861) ayrılmalar olub.
Yeniavaz.com
 xəbər verir ki, “Gəmiqaya İnşaat” MMC aşağıdakı şirkətlərin onun tərkibindən ayrılması nəticəsində yenidən təşkil olunduğunu elan edib.
“Bərəkət Bazarlama-Anbar” MMC
“Avto GL” MMC
“Reges Əmlak” MMC
“Badamlı Zavod-Anbar” MMC
“Home Office-1” MMC
“Home Office-2” MMC
“Home Office-3” MMC
“Home Office-4” MMC
“Home Office-5” MMC
“Home Office-6” MMC
Qeyd edək ki, “Gəmiqaya İnşaat” MMC bu ilin yanvar ayının 12-də dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 8 milyon 249 min 982 manat olan MMC-nin qanuni təmsilçisi Məmmədov Vüsar Məmməd oğludur. MMC-nin hüquqi ünvanı Naxçıvan şəhəri Cəlil Məmmədquluzadə, ev 34/2-də yerləşir.
5 gün əvvəl Vüsar Məmmədovun rəhbərlik etdiyi və Cəlil Məmmədquluzadə, ev 34/2 ünvanında yerləşən “Gəmiqaya Avtonəqiliyyat” MMC (VÖEN - 0201375131) adlı şirkətin də tərkibindən aşağıdakı şirkətlər ayrılıb:
"Avtonax MR” MMC
“Avtonəqliyyat MR” MMC
“Texnika NAX” MMC
“Naxtexnika 2023” MMC
“Naxlogistic” MMC
“Avtotech MR” MMC
“Gəmiqaya Avtonəqiliyyat” MMC də ötən ilin dekabr ayında qeydiyyata alınıb və nizamnamə kapitalı 1 milyon 406 min 50 manat 14 qəpik təşkil edir.
Məlumat üçün bildirək ki, son zamanlar “Gəmiqaya Holdinq”ə bağlı şirkətlərdə nizamnamə kapitalının dəyişikliyi və çoxsaylı parçalanmalar həyata keçirilib.

Talıbovlara bağlı ünvanda 14 milyonluq yeni şirkət yaradılıb
“Gəmiqaya Holdinq”dən ayrılan şirkətdə yenidən ayrılma oldu
Naxçıvanda yaranan daha 2 şirkət 8 yerə parçalandı – Təfərrüat

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Gəmiqaya Holdinq”in adı bir müddət əvvəl dəyişdirilərək “Arkoz Holdinq” olub. “Arkoz Holdinq” türkiyəli iş adamı Emin Uçara məxsusdur. Emin Uçar eyni zamanda “Gəmiqaya Holdinq”in İdarə Heyətinin sədri olub.
Hazırda Naxçıvanda və Azərbaycanın digər bölgələrində həm “Gəmiqaya”, həm də “Arkoz” adlı onlarla şirkət mövcuddur.
Qeyd edək ki, Emin Uçara məxsus “Arkoz” şirkəti Türkiyədə də bir çox sahələrdə fəaliyyət göstərir.

Naxçıvanda yeni yaranan şirkət 10 yerə parçalandı – Müəmmalı məqamlar
Naxçıvanda böyük kapitalla onlarla şirkət yaradılıb – Talıbovla bağlılığı var

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top