Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov Knessetin deputatı və İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Vladimir Beliakla görüşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə səfir Tvitterdə məlumat yayıb.
“Knessetin deputatı və İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Vladimir Beliakla məhsuldar görüş olub. İkitərəfli əlaqələrimiz müzakirə olundu və parlamentlərarası əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulandı” – deyə səfir qeyd edib.