ABŞ prezidenti Co Bayden qondarma Erməni soyqırımını yad edib.
Yeniavaz.com xəbər verir ki, ABŞ prezidenti bütün dünya xalqlarının bu “ağrılı tarixi” xatırlayaraq ermənilərin mətanət və qətiyyəti üzərində fikirləşdiyini qeyd edib.
"Bu gün biz Mets Yeğern(ermənilər arasında belı adlanır), erməni soyqırımı zamanı həyatını itirənlərin xatirəsini anmaq üçün fasilə veririk və bunu heç vaxt unutmayacağımıza dair andımızı bir daha təsdiqləyirik", - deyə Bayden bildirib.
"Gəlin nifrətə qarşı çıxış etməyə, insan haqlarını müdafiə etməyə və vəhşiliklərin qarşısını almağa hazır olduğumuzu bir daha təsdiq edək. Gəlin birlikdə daha yaxşı gələcək - bütün insanların ləyaqətlə, təhlükəsiz yaşaya biləcəyi və onlara hörmət ediləcəyi bir gələcək qurmaq üçün səylərimizi ikiqat artıraq", - Baydenin bəyanatında deyilir.
Qeyd edək ki, 2021-ci ildə Bayden 20-ci əsrin əvvəllərində Osmanlı İmperiyasında baş verən hadisələri erməni soyqırımı adlandıran ilk ABŞ prezidenti olub. Onun dövlət başçısı kimi sələfləri bu termindən yayınırdılar. Ankara 1915-ci il hadisələrinin belə səciyyələndirilməsini qəti şəkildə qəbul etmir və bunun soyqırımı deyil, qurbanları həm ermənilər, həm də türklər olan qardaş müharibəsi olduğunu bəyan edir.