“Agroterm”dən sonra “Green Tree” də kapitalını azaldır


Şabran rayonu ərazisində meyvəçiliklə məşğul olan “Green Tree” MMC nizamnamə kapitalını azaldır.
Yeniavaz.com
xəbər verir ki, “Green Tree” MMC nizamnamə kapitalının 5 milyon 547 min 604 manatdan 5 milyon 297 min 604 manatadək azaldığını elan edib.
Bildirilir ki, nizamnamə kapitalının azaldımasi ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 21, mənzil 41 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Green Tree” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Elmar Əliyevdir.
Onu da bildirək ki, Elmar Əliyevin rəhbərlik etdiyi daha bir şirkət - “Agroterm” MMC də ötən ilin sentyabr ayında nizamnamə kapitalının azaldılması ilə bağlı qərar qəbul edib. “Agroterm” MMC-nin nizamnamə kapitalı 24 milyon 712 min 455 manatdan  23 milyon 712 min 455 min manata qədər azaldılıb.
“Agroterm” MMC ölkənin aparıcı pomidor istehsalçısı və ixracatçılarından biri hesab olunur.

Elnur Əli



 

DİGƏR XƏBƏRLƏR

Top