Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan İsrailin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Kohen arasında görüş başlayıb.
Yeniavaz.com xəbər verir ki, C.Bayramov həmkarını Xarici İşlər Nazirliyinin binası önündə qarşılayıb.
Bu barədə görüntülər XİN-in sosial şəbəkə hesablarında yayılıb.
Happening now: @Bayramov_Jeyhun, Minister of Foreign Affairs of the Republic of #Azerbaijan 🇦🇿welcomes @EliCoh1, Minister of Foreign Affairs of the State of #Israel 🇮🇱 within the latter's visit to 🇦🇿 pic.twitter.com/bzGyplj3t7
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) April 19, 2023