SOCAR-da yüksək vəzifələrdə çalışmış Adnan Əhmədzadə PSJ və Argentina millisinin üzvü Lionel Messi ilə onun evində görüşüb.
Yeniavaz.com xəbər verir ki, A. Əhmədzadə bu barədə instaqram hesabında məlumat və foto paylaşıb.
“Məni evinizdə qonaq etdiyiniz üçün təşəkkürlər”, - deyə o yazıb.
Qeyd edək ki, Adnan Əhmədzadə və Lionel Messi bir-birlərini instaqramda izləyirlər.
Xatırladaq ki, bir müddət öncə Adnan Əhmədzadənin SOCAR-ın Sərmayələr və marketinq üzrə vitse-prezidenti müavini vəzifəsindən göndərildiyi barədə xəbər yayılmışdı. Daha əvvəl isə o, SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi vəzifəsini icra edirdi.
Hazırda onun şirkətdə hansı vəzifəni tutduğu barədə isə ictimaiyyətdə məlumat yoxdur.