“Ermənistanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağının yandırılmasını pisləyirik”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Tvitterdə yazıb.
O bildirib ki, bu cür nifrət aksiyasına qarşı təşkilatçılar tərəfindən heç bir təhlükəsizlik tədbirinin görülməməsi narahatedicidir:
“Günahkarlar müvafiq olaraq cəzalandırılmalıdır!”.
İrəvanda Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb.
Yeniavaz.com xəbər verir ki, tədbirdə Azərbaycan millisi iştirak etməyib.
Səhnəyə çıxanlardan bir nəfər bayrağı yandırmağa cəhd edib. Lakin yanan bayraq tezliklə səhnədən yığışdılaraq yenisi ilə əvəz olunub.
Məlumat üçün deyək ki, Avropa çempionatında iştirak edəcək Azərbaycan ağırlıqqaldırma yığması Ermənistanın paytaxtı İrəvandadır.