Yeni kənd təsərrüfatı naziri Məcnun Məmmədov kimdir? - “Paşa Holdinq”in işçisi olub


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncama əsasən Məcnun Qadir oğlu Məmmədov Azərbaycanın kənd təsərrüfatı naziri təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, 1983-cü ildə anadan olan Məcnun Məmmədov 2000-ci ildə Bakı Özəl Türk Liseyindən məzun olub. 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Univesitetində təhsil alıb. 2004-2006-cı illərdə Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsilini davam etdirib.
Əmək fəaliyytinə “AER” MMC-də başlayıb. 2010-2011-ci illərdə AER MMC-nin direktoru olub. Daha sonra – 2011-2018-ci illərdə “Paşa Holdinq”ə bağlı olan “PMD Group” şirkətində müxtəlif vəzifələrdə çalışıb.
2018-ci ildən “Agro Food İnvestment” MMC-də direktor olub.
Məcnun Məmmədov eyni zamanda “Paşa Holdinq”in bağçılıq və innovativ ting biznesi olan “Grand-Agro” MMC-yə rəhbərlik edir. Bu şirkət əsasən Abşeronda zeytun və badam bağlarının salınması ilə məşğuldur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top