Yenidən qurulan Muğannı--İsmayıllı-Qəbələ yolu meşə fondu, xüsusi mühafizə və bələdiyyə torpaqlarının ərazisinə düşdüyündən iki ilə yaxındır ki, onun ölçüləri barədə müzakirələr keçirilir.
Yeniavaz.com Xezerxeber.az-a istinadla xəbər verir ki, bunu yolun "4 zolağa genişləndirilməsi layihəsinin Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi" tədbirində danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov deyib.
Onun sözlərinə görə yenidənquma nəticəsində yol 9.7 km qısaldılaraq 76.8 km təşkil edəcək və eni isə 25 metrdən 17 metrə qədər azaldılacaq.
Azərbaycanın ən böyük yol ötürücüsü də məhz bu yolda tikiləcək.
Körpünün uzunluğu 1180, hündürlüyü isə 83 metr olacaq.
Daha ətraflı videomaterialı təqdim edirik: