Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan və direktor vəzifəsi hazırda vakant olan Bakı şəhəri 331 nömrəli ümumi orta məktəbə direktor vəzifəsinə işə qəbul üçün müsabiqə elan edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə idarə məlumat yayıb. Sənəd qəbulu 4-11 aprel tarixlərini əhatə edəcək.
Müraciət etmək istəyən şəxslər müvafiq sənədləri (kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin, ali təhsil haqqında sənədin və ona əlavənin, əmək kitabçasının surəti) BŞTİ-nin İnsan resursları sektoruna (Əlaqə: 146-1 (daxili: 6021)) təqdim edə bilərlər.
Şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisəsinə direktor vəzifəsinə işə qəbul test və müsahibə yolu ilə həyata keçiriləcək.