Müstəqil siyasi fəal Elvin Mustafayev (Atilla Xan) Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələrinə müvafiq olaraq, əməli tövsif olunmaqla məhkəmə qərarı ilə barəsində 25 sutka inzibati həbs-tənbeh tədbiri tətbiq olunub.
Məlumatı DİN Mətbuat Xidmətinin Şirvan Regional qrupundan Yeniavaz.com-a təsdiq ediblər.