"Zəlzələ ilə bağlı Naxçıvan Muxtar Respublikasında heç bir dağıntı qeydə alınmayıb".
Yeniavaz.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, muxtar respublikanın bütün şəhər və rayonlarından məlumat toplanılıb.
***15:58
Martın 16-da yerli vaxtla saat 15:47-də Naxçıvan stansiyasından 86 km cənub-qərbdə, İran ərazisində zəlzələ qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5-3 bala qədər hiss olunub.