Martın 15-də Avropa Parlamentində “Avropa İttifaqı-Azərbaycan münasibətləri” adlı hesabat səs çoxluğu ilə təsdiqlənib.
Yeniavaz.com xəbər verir ki, hesabatı xorvatiyalı millət vəkili Jelyana Zovkon hazırlayıb.
Müzakirəyə çıxarılan hesabatın 50 nəfər lehinə, 6 nəfər əleyhinə səs verib, 4 nəfər isə bitərəf qalıb.
Avropa Parlamenti sənədin “İnsan hüquqları və əsas azadlıqlar” hissəsində Avropa İttifaqını insan hüquqları pozuntularını araşdırmağa çağırıb:
“Şuranı Aİ-nin Qlobal İnsan Hüquqları Sanksiya Rejimi çərçivəsində xüsusilə siyasi fəallara, hüquq müdafiəçilərinə və jurnalistlərə qarşı geniş yayılmış polis zorakılığını nəzərə alaraq hüquq-mühafizə orqanlarının əməkdaşları kimi ciddi insan hüquqları pozuntularına yol vermiş Azərbaycan məmurlarına qarşı məqsədyönlü, fərdi sanksiyaları araşdırmağa çağırır”.