Ağdam rayonu Yusifcanlı kənd ərazisində kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər.
Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
"1999-ci il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu, 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər.
Fakt üzrə rayon prokurorluğu tərəfindən araşdırma aparılır", - məlumatda deyilir.