Məktəblərdə Novruz tətilinin tarixləri açıqlandı


"Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” müvafiq qərarına əsasən beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bu həftə son iş günü 17 mart, bayramdan sonra ilk iş günü 27 martdır".
Yeniavaz.com xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin sosial şəbəkə hesabında yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bu həftə son iş günü 18 mart, bayramdan sonra ilk iş günü 25 mart tarixləridir:
"Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir".

DİGƏR XƏBƏRLƏR

Top