Naxçıvanda yeni yaranan şirkət 10 yerə parçalandı – Müəmmalı məqamlar


Təqribən bir ay əvvəl – 6 fevral 2023-cü ildə Naxçıvan Muxtar Respublikasında dövlət qeydiyyatına alınan “MES-T” MMC-nin (VÖEN -  0201391611) tərkibindən 10 şirkət ayrılır.
Yeniavaz.com
 xəbər verir ki, “MES-T” MMC-nin tərkibindən "MEST-2" MMC, "MEST-3" MMC, "MEST-4" MMC, "MEST-5" MMC, "MEST-6" MMC, "MEST-7" MMC, "MEST-8" MMC, "MEST-9" MMC, "MEST-10" MMC, "MEST-11" MMC ayrılır və MMC-nin bəzi hüquq və öhdəlikləri ayrılma nəticəsində yeni yaranan şirkətlərə ötürülür.
Məlumat üçün qeyd edək ki, hüquqi ünvanı Naxçıvan şəhəri, Təbriz, ev 16-da yerləşən “MES-T” MMC-nin nizamnamə kapitalı 4 milyon 540 min manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Yusifov Arif Yusif oğludur.
Onu da qeyd edək ki, yaxın tarixlərdə Naxçıvanda Yusifov Arif Yusif oğlunun qanuni təmsilçi olduğu daha 2 şirkət dövlət qeydiyyatına alınıb.
Xəbəri rus dilində oxuyun: Новую компанию в Нахчыване разделили на 10 частей - Загадочные моменты
Arif Yusifovun direktor olduğu "NAXPROPERTY-S" MMC (VÖEN- 0201381651) 17.01.2023-cü ildə, "NAXPROPERTY-R" MMC (VÖEN- 0201378581) isə 11.01.2023-cü il tarixində dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 2 milyon 325 min 300 manat olan "NAXPROPERTY-R" MMC-nin hüquqi ünvanı Naxçıvan şəhəri H.Əliyev, ev 19. m. 32-də, nizamnamə kapitalı 4 milyon 232 min 400 manat olan "NAXPROPERTY-S" MMC-nin hüquqi ünvanı isə Naxçıvan şəhəri Atatürk, ev 9-da yerləşir.
Qeyd edək ki, böyük nizamnamə kapitalı ilə yaranan şirkətlərin təsisçiləri barədə məlumat verilmir.
Lakin qeyd edək ki, son zamanlar Naxçıvanda “Gəmiqaya Holdinq”ə bağlı şirkətlərdə nizamnamə kapitalının dəyişikliyi və çoxsaylı parçalanmalar həyata keçirilib. Ehtimal olunur ki, bu dəyişiklik təsisçi dəyişiklikləriylə bağlıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun övladları RzaSeymur Talıbovlara məxsus olan “Gəmiqaya Holdinq”in adı bir müddət əvvəl dəyişdirilərək “Arkoz Holdinq” olub.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top