Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) feminist fəalların martın 8-də qadın hüquqları ilə bağlı Fəvvarələr meydanından Natəvanın heykəlinə qədər yürüş (“8 Marş” adlı) keçirilməsi barədə müraciətinə cavab verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə aksiya təşkilatçılarına cavab məktubu göndərilib.
Məktubda bildirilib ki, BŞİH aksiyanı məqsədəuyğun saymayıb:
"Müraciət edilən ərazilər paytaxt sakinləri və qonaqların ən çox istifadə etdiyi istirahət yerləridir, ictimai iaşə, xidmət, əyləncə obyektləri mövcuddur. Bunları nəzərə alaraq, aksiya məqsədəuyğun hesab edilməyib".
Feminist fəallar aksiyanı keçirəcəklərini bəyan ediblər.