Ötən ilin dekabr ayında ölkənin aparıcı şirkətlərindən olan “Gəmiqaya Holdinq”ə bağlı “Gəmiqaya Yol Su-Enerji” MMC-nin (VÖEN – 0200428931) parçalanması nəticəsində yaranan “Aza Beton Məmulatları” MMC-də də (VÖEN – 0201375001) parçalanma olub.
Yeniavaz.com xəbər verir ki, “Aza Beton Məmulatları” MMC tərkibindən "Avtonəqliyyat-75" MMC-nin ayrılması nəticəsində yenidən təşkil olunduğunu elan edir.
Məlumat üçün bildirək ki, son zamanlar “Gəmiqaya Holdinq”ə bağlı şirkətlərdə nizamnamə kapitalının dəyişikliyi və çoxsaylı parçalanmalar həyata keçirilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Gəmiqaya Holdinq”in adı bir müddət əvvəl dəyişdirilərək “Arkoz Holdinq” olub. “Arkoz Holdinq” türkiyəli iş adamı Emin Uçara məxsusdur. Emin Uçar eyni zamanda “Gəmiqaya Holdinq”in İdarə Heyətinin sədri olub.
Hazırda Naxçıvanda və Azərbaycanın digər bölgələrində həm “Gəmiqaya”, həm də “Arkoz” adlı onlarla şirkət mövcuddur.
Qeyd edək ki, Emin Uçara məxsus “Arkoz” şirkəti Türkiyədə də bir çox sahələrdə fəaliyyət göstərir.
Elnur Əli