Almaniya daha əvvəl İsveçrəyə satdığı “Leopard 2” əsas döyüş tanklarını almaq istədiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Alman mətbuatında məlumatlar yayımlanıb.
Bildirilib ki, İsveçrə Müdafiə Nazirliyinin sözçüsü Renato Kalbermatten Almaniyanın “Leopard 2” tankı almaq istəməsi ilə bağlı tələbin olduğunu bildirib.
İsveçrənin 230 “Leopard 2” tankı olduğunu dilə gətirən Kalbermatten, bunlardan 134-nün "növbətçi", 96-nın isə müvəqqəti olaraq istifadəsiz olduğunu qeyd edib.
Almaniyanın nə qədər tank almaq istədiyi barədə məlumat verməyən Kalbermatten, İsveçrə qanunlarının istismardan çıxarılan vasitələrin satışına icazə verdiyini bildirib.