DSMF bu banka 16,2 milyon ödəyəcək


Dövlət Sosial Müdafiə Fondunun (DSMF) keçirdiyi tender müsabiqəsinin qalibi "Azərbaycan Beynəlxalq Bankı" ASC (VÖEN -9900001881) olub.
Yeniavaz.com 
xəbər verir ki, DSMF ABB-yə Fondun Aparatında əmək haqlarının, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin, birdəfəlik müavinətlərin və digər struktur bölmələrində əmək haqlarının, əmək pensiyalarının, sosial müavinətlərin, sosial yardımların, eləcə də ayrı-ayrı kateqoriya şəxslərə Prezident tərəfindən təyin edilmiş təqaüdlərin və kompensasiyaların ödəniş kartları, habelə zərurət olduğu halda digər ödəniş alətləri və üsulları vasitəsi ilə nağdsız qaydada ödənilməsini həyata keçirmək məqsədilə göstəriləcək bank xidmətlərinin satın alınması xidmətinə görə 16 milyon 206 min 332 manat 12 qəpik ödəyəcək.
Göstəriləcək xidmətlər 14.02.2023-ci il tarixindən 31.12.2023-cü il tarixinə kimi olan 10 ay 14 günlük bir dövrü əhatə edəcək.
Məlumat üçün bildirək ki, 30.12.1992-ci il tarixində dövlət qeydiyyatına alınan ABB-nin nizamnamə kapitalı 1 milyard 225 milyon 647 min 819 manat 9 qəpik təşkil edir. Bankın direktoru İbrahimov Abbas Məmmədəli oğludur. Bankın səhimlərinin 96,37%-i Azərbaycan dövlətinə məxsusdur.
Onu da qeyd edək ki, DSMF tərəfindən keçirilən daha bir analoji tenderin qalibi “Kapital Bank” ASC olub. DSMF eyni dövrdə görüləcək eyni iş üçün “Kapital Bank”a daha az pul – 15 milyon 988 min 474 manat 69 qəpik ödəyəcək.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top