Zəlzələdən zərər çəkənlər üçün 115 milyard toplandı


Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələlərdən sonra ölkənin məşhur simaları televiziyaların ortaq yayımında “Türkiyə Tək Ürək” kampaniyası üçün bir araya gəldi.
Yeniavaz.com
xəbər verir ki, ianələrin toplandığı kampaniya Türkiyə və xaricdən 213 milli və beynəlxalq televiziyada, həmçinin 562 radioda canlı yayımlanıb.
Kampaniyada 115 milyard 146 milyon 528 min lirə (təxminən 10,3 milyard manat), SMS vasitəsilə edilən ianələrdə isə 9 milyondan çox SMS ilə milyonlarla lirə toplanıb.
Qeyd edək ki, fevralın 6-da episentri Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık və Elbistan rayonları olan 7,7 və 7,6 maqnitudalı iki zəlzələ olub. Təbii fəlakət nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir.

DİGƏR XƏBƏRLƏR

Top