“Trust Holding” MMC (VÖEN:1602326211) “AR CONSTRUCTİON” MMC-nin (VÖEN:1402830021), “Z KOMMERS” MMC-nin (VÖEN:1402886831) və “AS BUILDING” MMC-nin (VÖEN:1402886701) ona qoşulması nəticəsində yenidən təşkil olunur.
Yeniavaz.com xəbər verir ki, “Trust Holding” MMC-nin qanuni təmsilçisi Dövlət Neft Şirkətinin (SOCAR) sabiq prezidenti, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevin kürəkəni (qızının həyat yoldaşı) Əliyev Rauf Zeynal oğludur.
Onu da bildirək ki, 1992-ci il təvəllüdlü Rauf Əliyev hazırda “Rabitəbank” ASC-nin Müşahidə Şurasının üzvü və əsas səhmdarıdır. Bank səhmlərinin 41%-i Rauf Əliyevə məxsusdur.
Abdullayevin kürəkəni həm də “Mega Sığorta” ASC-nin əsas səhmdarlarından (19%) biridir. Bunlardan başqa Rauf Əliyev “Faza” Mənzil Tikinti Kooperativinin (VÖEN – 1402894241) və "Black Sapphire” MMC-lərin də (VÖEN – 1403649271)) qanuni təmsilçisidir.
“Trust Holding” MMC-yə qoşulan şirkətlərə daha əvvəl Rövnəq Abdullayevin övladları rəhbərlik edib.
A. Cəfərov