2022-ci il ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsinə 470 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 624 milyon dollar əsaslı məsrəflər xərclənib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkətindən məlumat verilib.
Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2021-ci illə müqayisədə ötən il AÇG layihəsində əməliyyat məsrəfləri 66 milyon dollar, əsaslı məsrəflər isə 36 milyon dollar azalıb.
Son 10 ildə AÇG layihəsində əməliyyat və əsaslı məsrəflər belə olub:
İllər | Əməliyyat məsrəfləri (milyon dollar) |
Əsaslı məsrəfləri (milyon dollar) |
2013 | 1 052 | 2 068 |
2014 | 1 000 | 2 300 |
2015 | 760 | 1 900 |
2016 | 503 | 1 450 |
2017 | 456 | 1 180 |
2018 | 505 | 1 150 |
2019 | 567 | 1 476 |
2020 | 531 | 1 817 |
2021 | 533 | 1 660 |
2022 | 470 | 1 624 |