“Charlie Hebdo” Türkiyədəki zəlzələni ələ saldı – Foto


Fransanın məşhur “Charlie Hebdo” jurnalı Türkiyədə minlərlə insanın həyatını itirdiyi zəlzələləri ələ salıb.
Yeniavaz.com
xəbər verir ki, jurnalın dərc etdiyi karikaturada xaraba binalar çəkilib və üzərində “Tank göndərməyə belə ehtiyac yoxdur” sözləri yazılıb.
Karikatura jurnalın tvitter hesabında da yayımlanıb. Məlumat üçün bildirək ki, “Charlie Hebdo” daha əvvəl də müsəlmanların inanclarını təhqir etdiyi karikaturaları ilə gündəmə gəlib.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş verən zəlzələlər nəticəsində son məlumatlara görə 3381 nəfər vəfat edib, 20 426 nəfər yaralanıb, 11 302 bina dağılıb.

DİGƏR XƏBƏRLƏR

Top