Fransada Bələdiyyə başçısı Culien Sançezin yaşadığı şəhərdəki məktəb yeməkxanalarında alternativ müsəlman yeməkləri ilə bağı şikayəti rədd edilib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Culien Sançez məktəb yeməkxanasında xüsusən donuz ətinin verildiyi günlərdə dini və ya şəxsi səbəblərə görə alternativ menyuların yığışdırılması tələb edib.
Bu istəklə bələdiyyə başçısı məhkəməyə müraciət edib. Ancaq, istədiyi nəticəni ala bilməyib.
Məhkəmə, ifrat sağçı Milli Birlik (MN) partiyasından olan bələdiyyə başçısı Sançesin etirazını rədd edərək, bu menyuların təqdim edilməsinin heç bir zərəri olmadığı bildirib.