Rumıniya Azərbaycan qazını digər Avopa ölkələrinə nəql edəcək


İndi isə bizim əməkdaşlığımız yeni mərhələyə çıxır. Buxarestdə olarkən təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanıb.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannislə birgə mətbuata bəyanatlarla çıxışı zamanı deyib.
“Beləliklə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir.
Biz isə iki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini uğurla icra etdik və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik. Bunu Avropa İttifaqına rəhbərlik edən şəxslər qeyd edirlər. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu bunu bir daha göstərir. Biz öz qaz ixracatımızı sürətlə artırırıq və ilk növbədə, Avropa məkanına”, - deyə o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top