Azərbaycanın İrandakı səfirliyinin işçiləri təxliyə edilir.
Yeniavaz.com xəbər verir ki, bunu “TRT Haber”ə açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadə deyib.
“Azərbaycan tərəfi olaraq səfirliyimizin təhlükəsizliyinin təmin edilməsi istiqamətində işləyirik. Səfirliyin əməkdaşlarının Azərbaycana təxliyəsi həyata keçirilir. Bu hücumun məsuliyyətinin İran tərəfində olduğunu düşünürük”, - o bildirib.
Azerbaycan Dışişleri Sözcüsü Ayhan Hacızade, @trthaber’de saldırıya dair açıklama yapıyor. https://t.co/vZB9InY8cD
— TRT Haber Canlı (@trthabercanli) January 27, 2023