Dövlət orqanlarında çalışan xadimə, bağban və fəhlələrin maaşı artırıldı


Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti müvafiq qərar qəbul edib.
Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilib:

Sıra №-si Kateqoriyalar üzrə dövlət orqanları Aylıq vəzifə maaşının məbləği (manatla)
1. Ali kateqoriya dövlət orqanlarında 400
2. 1-ci kateqoriya dövlət orqanlarında 385
3. 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 365
4. 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında 345
 

Bu Qərarda qeyd olunan işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.
Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.
Qeyd edək ki, indiyə qədər dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları aşağıdakı kimi olub:

Sıra №-si Kateqoriyalar üzrə dövlət orqanları Aylıq vəzifə maaşının məbləği (manatla)
1. Ali kateqoriya dövlət orqanlarında 370
2. 1-ci kateqoriya dövlət orqanlarında 355
3. 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 335
4. 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında 315

DİGƏR XƏBƏRLƏR

Top