Ötən il Azərbaycanda 3 milyon 161,3 min ton dənlilər və dənli paxlalı bitkilər istehsal olunub və bunun 1 milyon 736,1 min tonunu buğda təşkil edib.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablamalara görə, buğda istehsalı əvvəlki illə müqayisədə 7,9% azalıb.
Əvvəlki illə müqayisədə ötən il buğda yığımında məhsuldarlıq da aşağı düşüb. 2021-ci ildə hər hektardan 32,9 sentner buğda yığıldığı halda, ötən il 31,9 sentner yığılıb.
Xəbəri rus dilində oxuyun: Азербайджан вынужден импортировать пшеницу... - Цифры
Məlumat üçün bildirək ki, Azərbaycanda buğdaya tələbat təxminən 3,6 milyon tondur. Bunun təxminən 2,1 milyon tonu qida məhsullarının (əsasən un və yarma) istehsalına sərf olunur.
Rəqəmlərdən də göründüyü kimi, istehsal olunan buğda əvvəlki illərdə olduğu kimi bu il də daxili tələbatı ödəməyəcək.
A. Cəfərov