“Paşa Sığorta” Abid Şərifova bağlı şirkəti məhkəməyə verdi


Azərbaycanın ən böyük sığorta şirkəti olan “Paşa Sığorta” ASC ölkənin nəhəng tikinti şirkətlərindən biri olan “Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" ASC-yə (VÖEN – 1000085511) qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com
 xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın icraatına verilib.
Bildirək ki, “Paşa Sığorta” məhkəmə iddiasını sığorta müqaviləsi üzrə mübahisələrlə əlaqəli olaraq qaldırıb.
Qeyd edək ki, “Avro-Asiya” İnşaat Korporasiyası "EVRASCON" ASC 30.04.2003-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 377 min 290 manat olan ASC-nin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov, ev 8-də yerləşir.
Məlumat üçün bildirək ki, açıqlanan rəsmi məlumatlarda “Avro-Asiya” İnşaat Korporasiyası "EVRASCON" ASC-nin əsas səhmdarlarından (12%-dən çox paya sahib) biri 1995-2018-ci illərdə Azərbaycanda Baş nazirin müavini vəzifəsində işləyən Abid Şərifovun həyat yoldaşı Şərifova Sədayə Yaqub qızı olub.
Xəbəri rus dilində oxuyun:  "Paşa Sığorta" подала в суд на компанию, связанную с Абидом Шарифовым
Hazırda “Avro-Asiya” İnşaat Korporasiyası "EVRASCON" ASC-nin dövlət büdcəsinə də böyük həcmdə - 113 min manat vergi borcu var.
Onu da bildirək ki, Abid Şərifovun ailə üzvləri həm Azərbaycanda, həm də ölkə xaricində geniş biznes fəaliyyətiylə məşğul olurlar.
Abid Şərifovun həyat yoldaşı Sədayə Şərifova 27.07.2001-ci ildə dövlət qeydiyyatına alınan  “Kəpəz-S” Firmasının da 3 ortağından biridir. Baş nazirin sabiq müavininin qızı – Təranə Mahmudova isə Azərbaycanda 2 şirkətin qanuni təmsilçisidir. Bu şirkətlər 2002-ci ildə qeydiyyata alınan “A.N.N.N” MMC və 2017-ci ildə qeydiyyata alınan "GÜVƏN 2017" MMC-dir. Təranə Mahmudova eyni zamanda  Nərimanov rayonunda fəaliyyət göstərən “Optimed” Tibb Mərkəzinin də direktorudur.
İngiltərənin paytaxtı Londonda fəaliyyət göstərən “Londoncapsule Limited” və “Abeona Global Limited” şirkətləri isə Abid Şərifovun nəvəsi Nicat Mahmudova məxsusdur.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top